EN

Xarkov istiqamətində Ukraynaya məxsus sursat anbarı məhv edilib

BAKI, 3 yanvar. TELEQRAF

Rusiya şimal qüvvələr qrupu özəl binada yerləşən sursat anbarını məhv ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Şimal Qüvvələri Qrupu”nun 11-ci Ordu Korpusunun hərbçiləri patrul zamanı Xarkov istiqamətində gizli sursat anbarı aşkar ediblər. Həmin anbarın yaşayış massivində yerləşən özəl binada gizlədildiyi qeyd olunub.

Nazirliyin açıqlamasına əsasən, hava kəşfiyyatı bu ərazidə şəxsi heyətin hərəkətini və sursat qutularının binaya daşınmasını qeydə alıb. Daha sonra yüksək partlayıcı qəlpəli döyüş başlığı ilə təchiz olunmuş dron vasitəsilə zərbə endirilib və anbarda saxlanılan silah-sursat tamamilə məhv edilib.

Chosen
29
teleqraf.com

1Sources