Xərçəngin meydana gəlməsində genetik amillərlə yanaşı, həyat tərzi və ətraf mühit faktorları mühüm rol oynayır.
Publika.az xəbər verir ki, buna görə də xərçənglə mübarizə aparan qidaları istehlak etmək və kanserogen təsirə malik qidalardan uzaq durmaq bu təhlükəli xəstəliyin qarşısını almaqda vacibdir. Bəzi qidaların elmi cəhətdən xərçəng riski ilə əlaqəli olduğu sübut edildiyi halda, bəziləri isə xərçəngə qarşı qoruyucu xüsusiyyətləri ilə tanınır.
Emal olunmuş ət məhsulları (kolbasa, sosis, hisə verilmiş ət), şəkər və yüksək fruktozalı qarğıdalı siropu tərkibli qidalar, qızardılmış və yüksək temperaturda bişirilmiş yeməklər, süni rəngləndiricilər və konservantlar əlavə olunmuş məhsullar, trans yağlar və hidrogenləşdirilmiş yağlar xərçəng yaradır.
Xərçəngdən qoruyan qidalar
Kələm, brokoli, gül kələminin xərçəngi önlədiyi sübut olunub. Onlar güclü xərçəng əleyhinə xüsusiyyətlərə malik sülforafan kimi bioloji aktiv molekullarla parçalanan qlükosinolatlar baxımından zəngindir.