EN

Türkiyədə 28 vilayət üçün qar uçqunu xəbərdarlığı edildi

Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 28 vilayətdə qar uçqunu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

APA   xəbər verir ki, bəzi bölgələrdə qar örtüyünün 20 santimetrdən çox olduğu və qar uçqunu riskinin kritik səviyyəyə çatdığı vurğulanıb.

Məlumata əsasən, Qara dəniz bölgəsində Düzcə, Bolu, Zonquldaq, Bartın, Karabük, Kastamonu, Ordu, Giresun, Trabzon, Rize, Artvin, Tokat, Gümüşhane və Bayburt, Mərkəzi Anadolu bölgəsində Sivas, Şərqi Anadolu bölgəsində Ərzincan, Tunceli, Bingöl, Ərzurum, Muş, Bitlis, Ardahan, Qars, Ağrı, Van və Hakkari, Cənub-Şərqi Anadolu bölgəsində isə Siirt və Şırnakda yüksək qar örtüyü olan maili və dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib.

Vətəndaşlara SMS vasitəsilə zəruri xəbərdarlıqlar göndərilib, rəsmi elanların izlənməsi və mümkün təhlükələrə qarşı ehtiyatlı olunması tövsiyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
9
olaylar.az

10Sources