EN

Trampın etirazçılara kömək etmək istəyinə İran XİN-dən REAKSİYA

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İrandakı etirazçılara "Amerika yardımı" ilə bağlı açıqlamalarını BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması adlandırıb.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.

Qeyd edilib ki, bu cür məsuliyyətsiz mövqe Amerikanın İran xalqına qarşı qorxutma və qanunsuz yanaşmasının davamıdır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və ölkələrin milli suverenliyinə hörmətlə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarının kobud şəkildə pozulmasıdır və İran vətəndaşlarına qarşı zorakılığa və terrorizmə təhrik kimi qiymətləndirilir.

İran XİN BMT Təhlükəsizlik Şurasının və təşkilatın Baş katibinin beynəlxalq sülhü və təhlükəsizliyi ABŞ-ın "hərbi birtərəfliliyindən" qorumaq öhdəliyini xatırladıb.

Chosen
12
1
publika.az

2Sources