EN

Akkuyu" AES-in birinci enerji bloku 95 faiz hazırdır - Türkiyəli nazir

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktorunun işə salınması 2026-cı ilə planlaşdırılır, birinci enerji blokunun hazırlıq səviyyəsi 95%-dir".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Kanal 7" telekanalının efirində məlumat verib.

"Əvvəlcə bu işlərin 2025-ci ilin aprel ayına qədər başa çatdırılması planlaşdırılırdı, lakin pandemiya və bəzi avadanlıqların alınmasında yaranan siyasi maneələr səbəbindən gecikmələr oldu", - deyə Bayraktar bildirib.

Nazir vurğulayıb ki, "Akkuyu" AES-in bir reaktoru 5 000 meqavatlıq günəş elektrik stansiyasına bərabərdir: "Akkuyu"da inşa etdiyimiz gücü 1 200 meqavat olan reaktor bizə təxminən 5 000 meqavat gücündə günəş elektrik stansiyasının verdiyi qədər elektrik enerjisi təmin edəcək".

Chosen
73
50
unikal.az

10Sources