EN

Axtarışda olan bloqer Hüseyn Həsənovun iri vergi borcu yaranıb

Rusiyada 170 milyon rubl məbləğində vergini ödəməkdən yayınmaqda ittiham olunan bloqer Hüseyn Həsənovun fərdi sahibkar kimi vergi orqanı qarşısında 61 510 rubl (təxminən 1 300 manat -red.) borcu yaranıb.

Moderator.az TASS-a istinadÉ™n xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ hüquq-mühafizÉ™ orqanları mÉ™lumat yayıblar.

Moskvanın Çertanovo məhkəməsi ötən il mayın 14-də Hüseyn Həsənovun cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması işi üzrə qiyabi həbsi barədə qərar çıxarıb.

Bu maddə üzrə onu yeddi ilə qədər həbs cəzası gözləyir. İstintaq müəyyən edib ki, Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox vergi ödəməyib. Bloqer beynəlxalq axtarışa verilib.

Chosen
63
50
moderator.az

10Sources