EN

Marneulidə bazarda atışma, azərbaycanlı gənc öldü

Marneuli bazarında baş vermiş silahlı insident nəticəsində yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb.Metbuat.az APA-ya istinadən xəbər verir ki, onun hadisə zamanı güllə yarası alan atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
    Ata və oğlunun güllələndikləri qızıl əşyalar mağazasının sahibləri olduğu bildirilir.Hadisənin motivi məlum deyil.

    Qeyd edək ki, Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu yaralanıb. Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.

    Chosen
    65
    50
    metbuat.az

    10Sources