Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Neftçi"nin ulduz futbolçusu Vensan Abubakar klubunu dəyişə bilər.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, kamerunlu hücumçunun agentləri onu Braziliyanın "Vasko de Qama" komandasına təklif edib.
Bu barədə məşhur insayder Felipe Silva məlumat yayıb.
Abubakarın Braziliyada oynamaq istəyində olduğu üçün bu keçidə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Vensan Abubakar 2025-ci ilin oktyabrında "Neftçi" ilə 1+1 illik müqavilə imzalayıb. O, paytaxt təmsilçisi ilə meydana çıxdığı 10 oyunda 5 qola imza atıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.