EN

Sahibkarın arvadının əl-ayağını bağladı, evini taladı

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.

“Qafqazinfo”nun É™ldÉ™ etdiyi mÉ™lumata görÉ™, namÉ™lum ÅŸÉ™xs rayonun kÉ™ndlÉ™rindÉ™n birindÉ™ki mÉ™nzilÉ™ qanunsuz daxil olaraq zÉ™rÉ™rçəkÉ™ni ona xÉ™sarÉ™t yetirÉ™cÉ™yi vÉ™ mÉ™nzili yandıracağı ilÉ™ hÉ™dÉ™lÉ™yib.

O bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Bildirilir ki, hücuma məruz qalan ev Masallıda tanınmış sahibkarlardan birinə məxsusdur. Onun rayonda yanacaqdoldurma məntəqəsi və digər obyektləri var. Hadisə zamanı H.Məmmədov sahibkarın evdə olmamasından istifadə edərək onun arvadına hücum edib, əl-ayağını bağlayaraq qızıl və pulları aparıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


 

Chosen
40
16
hit.az

10Sources