Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəs 25 il sonra keçmiş sevgilisi ilə barışıb. Cütlük Polat Yağcının müəllif proqramında bir araya gəlib.Metbuat.az xəbər verir ki, Tatlısəslə Asenanın uzun illər sonra barışması səs-küysüz ötüşməyib. Türkiyə ictimaiyyəti 25 il davam edən düşmənçiliyə bir gecədə necə son qoyulduğunu öyrənə bilib. Məsələyə verilişin digər qonağı - Türkiyənin populyar müğənnisi Yıldız Tilbə aydınlıq gətirib. Sənətçi verilişdə İbrahim Tatlısəslə barışması üçün Asenaya 2 milyon türk lirəsi (təxminən 80 min manat) qonorar ödənildiyini bildirib.Müğənninin bu açıqlamasından sonra sosial şəbəkə istifadəçiləri verilişdə göz yaşlarına hakim ola bilməyən cütlüyü “saxtakar”, “yalançı”, “ikiüzlü” adlandırıblar.