EN

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Sabahdan Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar yanvarın 6-da saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Chosen
269
28
qaziler.az

10Sources