EN

Danimarkanın baş naziri ABŞ nin Qrenlandiyaya mümkün hücumunun nə ilə nəticələnəcəyindən danışdı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Danimarkanın Baş naziri Mette Frederiksen hesab edir ki, əgər ABŞ Qrenlandiyaya hücum etmək qərarına gəlsə, hər şey bitəcək.

Oxu.Az xəbər verir ki, baş nazir bu barədə "Danmarks Radio"ya verdiyi müsahibəsində bildirib.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək ideyasından daşınacağını gözləməyə dəyərmi sualına Frederiksen mənfi cavab verib:

"Təəssüf ki, ABŞ prezidentinin niyyətinin ciddi olduğunu düşünürəm. Tramp ilə telefon danışığı zamanı Kopenhagenin mövqeyini çatdırdım: ABŞ-nin Danimarka, Qrenlandiya və Farer adaları birliyinin tərəflərindən hər hansı birini ilhaq etməyə haqqı yoxdur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
2
oxu.az

3Sources