EN

Azərbaycan və Çin hərbi-texniki sahədə müştərək müəssisələrin yaradılması üzərində işlərə başlayıb

Əlbəttə ki, burada daha bir yeni əməkdaşlıq istiqamətini qeyd etməyə bilmərəm. Bu, hərbi-texniki əməkdaşlıqdır. Ona da, həmçinin əldə olunmuş siyasi razılaşmalar çərçivəsində başlanılıb. Bu, Çin və Azərbaycan arasında yeni bir qarşılıqlı fəaliyyət sahəsidir.

“Poliqon” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı bildirib ki, bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır.

“Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb. Bu, ümumiyyətlə, ictimaiyyətin diqqətindən gizli saxlanılır, necə ki, belə də olmalıdır, amma həm də hər iki ölkə tərəfindən verilən strateji xarakterli ciddi siyasi qərardır və böyük potensiala malikdir. Əminəm ki, yaxın gələcəkdə həm yeni müqavilələrin, həm də artıq prosesdəki layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Bu, təbii ki, Azərbaycana böyük fayda gətirəcək”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Chosen
36
poliqon.az

1Sources