EN

Artrozun çarəsi TAPILDI – Bir iynə ilə dizlər BƏRPA OLUNUR

Alimlər dizləri “bərpa etməyin” yolunu tapıb – qığırdaq oynaq daxilində bərpa olunur.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bir iynə ilə artrozu dayandırmaq mümkündür.

Məlumata görə, alimlər dizləri “təmir etməyi” öyrəniblər: artıq qığırdağı birbaşa oynaq daxilində bərpa etmək mümkündür.

Tədqiqatçılar müəyyən ediblər ki, bu prosesə mane olan əsas amil toxumaların bərpasına əngəl törədən “15-PGDH” zülalıdır.

Alimlər bir inyeksiya vasitəsilə həmin zülalın fəaliyyətini dayandırmağa nail olublar.

Nəticədə siçanlarda qığırdaq toxuması böyüməyə başlayıb, ağrılar azalıb və artroz prosesi dayanıb. Eyni uğurlu nəticə insan qığırdağı üzərində aparılan sınaqlarda da təkrar olunub.

Bildirilir ki, gələcəkdə dizlərin müalicəsi sadəcə bir iynə vurmaq və ya həb qəbul etməklə həyata keçirilə bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources