EN

Avropa İttifaqı Venesuelanın müvəqqəti prezidentini tanımadı

Avropa İttifaqı, əvvəllər ölkə lideri Nikolas Maduronu tanımadığı kimi, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin legitimliyini də tanımır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.

O, həmçinin AB-nin Venesuela hakimiyyəti ilə "məhdud əlaqələr" saxlayacağını açıqlayıb.

"Biz onunla və Venesuela hakimiyyəti ilə məhdud əlaqələr saxlayacağıq", - Hipper bildirib.

Avropa Komissiyasının sözçüsü izah edib ki, Bolivar Respublikasının hazırkı hakimiyyəti öz mandatını demokratik dəyişikliklərin tələblərinə cavab verməyən seçkilər əsasında ələ alıb.

QAZİLER.AZ

Chosen
19
qaziler.az

1Sources