Qaynarinfo saytına istinadən ain.az xəbər verir.
"İstehlakçılar bilməlidir ki, toyuqlar üç cür yetişdirilir. Biri, sərbəst toyuqlardır, səhər tezdən həyətə buraxırlar, axşama kimi gəzirlər. İkincisi, yarı sərbəst toyuqlardır, bunlar əksər hallarda açıq havada saxlanılır, bəzi hallarda xüsusi yemlərlə bəslənilir. Üçüncüsü isə broler toyuqlarıdır ki, bunlar qapalı mühitdə bəslənilir".
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sÉ™dri Eyyub Hüseynov Xırdalanda rÉ™nglÉ™miÅŸ toyuqların "KÉ™nd toyuÄŸu" adı ilÉ™ satılması mÉ™lumatına aydınlıq gÉ™tirÉ™rkÉ™n deyib.Â
Sədrin sözlərinə görə, bu gün əksər ailələr kənd toyuqlarına üstünlük verir:
"Kənd toyuqlarının ayaqları sarı rəngdə olur. Toyuq saxlayan fermerlər təbiətin verdiyi özəllikdən istifadə edirlər. Həmin toyuqların ayaqları sarı olmur, sonradan boyayırlar. Çox yaxşı haldır ki, AQTA bu halı ifşa edib. Bu toyuqlar istehlakçının diqqətini cəlb etmək üçün ayaqları üstə satılır".
Sədr Qida Təhlükəsizliyi Agentliyinin apardığı işi zəruri hesab edir:
"Lakin kafi deyil. Ona görə ki, xüsusən Bakı ətrafı yerlərdə bu cür yarıazad toyuqlar saxlanılır və kəsilir. Azad İstehlakçılar Birliyi çalışır ki, onların yerini müəyyən etsin və Qida Təhlükəsizliyi Agentliyinə məlumat versin. Biz bununla bağlı müəyyən işlər aparırıq ki, onların koordinatlarını müəyyən edək. Qida zəncirinin istəlinən mərhələsi ilə məşğul olan insanlar mütləq AQTA-da qeydiyyata durmalıdır. AQTA onlara müəyyən yardımlar göstərməlidir".

Eyyub Hüseynov belə kiçik fermer təsərrüfatların bağlanmasının tərəfdarı olmadığını əlavə edib:
"Bu cür radikal addımların atılmasına qarşıyıq. Onlara köməklik göstərməliyik ki, ayaq üstə dura bilsinlər və ölkədə ərzaq təhlükəsizliyi təmin olunsun. AQTA yəqin ki, bunu nəzərə alar. Təkcə bağlamaq deyil, həm də kömək etmək lazımdır ki, başlanmış biznes qanunlara uyğun irəliləsin. İstehlakçılar bu cür qeyri-qanuni fəaliyyət göstərən yerlər gördükdə qaynar xətt vasitəsi ilə AQTA-ya məlumat versinlər".
Xatırladaq ki, Qida TÉ™hlükÉ™sizliyi Agentliyi Xırdalanda "kÉ™nd toyuÄŸu" adı altında toyuqların Tartrazin (E102) qida É™lavÉ™sindÉ™n istifadÉ™ edilÉ™rÉ™k sarı rÉ™ngÉ™ boyadıldığını aÅŸkarlayıb. Tartrazin (E102) dÉ™rman vÉ™ kosmetik vasitÉ™lÉ™rdÉ™, elÉ™cÉ™ dÉ™ bÉ™zi qida mÉ™hsullarında istifadÉ™ olunan sintetik sarı boyadır, insanlarda hÉ™ssaslıq vÉ™ allergiya kimi yan tÉ™sirlÉ™rÉ™ malikdir.Â
Bahar Rüstəmli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.