EN

İsrail və Suriya ABŞ-nin vasitəçiliyi ilə birgə koordinasiya mexanizmi YARADIR

İsrail və Suriya ABŞ-ın vasitəçiliyi ilə birgə koordinasiya mexanizmi yaradır.

İnterpress.az xəbər verir ki, ABŞ, İsrail və Suriya hökumətləri Parisdə Vaşinqtonun himayəsi altında keçirilən üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər.

Tərəflər İsrail və Suriya üçün təhlükəsizlik və sabitlik sahəsində dayanıqlı razılaşmaların əldə olunmasına sadiq qaldıqlarını təsdiqləyiblər.

Praktiki addım kimi birgə koordinasiya mexanizminin – ixtisaslaşdırılmış kommunikasiya özəyinin yaradılması barədə qərar qəbul edilib.

Bu mexanizm ABŞ-nin nəzarəti altında fəaliyyət göstərəcək və kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi gərginliyin azaldılması (de-eskalasiya), diplomatik təmaslar və kommersiya imkanları üzrə daimi və operativ qarşılıqlı əlaqə üçün nəzərdə tutulub.

ABŞ Dövlət Departamentindən qeyd olunub ki, yeni əməkdaşlıq formatı mübahisəli məsələləri operativ şəkildə nəzərdən keçirməyə və tərəflər arasında mümkün anlaşılmazlıqların qarşısını almağa imkan verəcək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
35
interpress.az

1Sources