ABŞ vitse-prezidenti Ceyms Devid Vensin evinə hücumdan sonra saxlanılan 26 yaşlı Uilyam DeFurun Demokrat Partiyasının zəngin donorunun oğlu olduğu məlum olub.
Bizim.Media xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ informasiyanı “New York Post” yayıb.
Məlumata görə, gəncin atası Harvard Universitetinin məzunudur və həkim kimi uğurlu karyera qurub. O, 2020 və 2024-cü illərdə müvafiq olaraq Co Bayden və Kamala Harrisin prezidentlik kampaniyalarına minlərlə dollar ianə edib və uzun müddətdir Demokrat Partiyasının fəal tərəfdarı kimi tanınır.
Xatırladaq ki, yanvarın 5-nə keçən gecə Ceyms Devid Vensin evinin pəncərələri çəkiclə sındırılıb. Hadisə zamanı vitse-prezident və onun ailə üzvləri evdə olmayıblar. Hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media