EN

Azərbaycan nefti ucuzlaşdı

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.07 ABŞ dolları və ya 0.11% azalaraq 65,73 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.80 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
96
49
bakivaxti.az

10Sources