EN

Zelenski ABŞ-a çağırış etdi - Kadırovu da Maduro kimi ortadan götürün…



Ukrayna prezidenti Zelenski ABŞ-ın Maduroya qarşı əməliyyatını nümunə kimi göstərərək Vaşinqtonu Çeçenistan lideri Ramzan Kadırovu hakimiyyətdən uzaqlaşdırmaq üçün oxşar addım atmağa çağırıb.

Zelenski belə bir təşəbbüsün Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərə biləcəyini deyib.

Zelenski ABŞ-ın Maduroya qarşı əməliyyatının bütün dünyada izləndiyini və bu addımın Kremlə təsir göstərə biləcəyini iddia edib. Bu kontekstdə o, Kadırovu oxşar əməliyyatda hədəf almağın Putini Ukraynadakı aqressiv mövqeyini yenidən nəzərdən keçirməyə vadar edə biləcəyini bildirib.

Zelenski ABŞ-ın lazımi vasitələrə sahib olduğunu bildirib və Vaşinqtonun istədiyi zaman təzyiq göstərmək üçün addımlar ata biləcəyini vurğulayıb: " Maduro əməliyyatını hamı gördü... İndi qoy Kadırova da eyni yanaşmanı tətbiq etsinlər".

Kadırov isə Zelenskinin sözlərinə Telegram vasitəsilə cavab verərək Ukrayna liderinin açıqlamasını "utancverici" adlandırıb. Kadırov Ukrayna liderinə müraciət edərək deyib: "Nüfuzunu qoru və özünü alçaltma. Əgər bir az kişiliyin olsaydı, sözlərinin və istəklərinin nə qədər alçaldıcı olduğunu başa düşərdin".

Bu açıqlamalar bir daha Ukraynanın Rusiya ilə davam edən münaqişədə müttəfiqlərindən daha güclü addımlar atmasını gözlədiyini nümayiş etdirir.

TAHİR

Chosen
33
baki-xeber.com

1Sources