EN

Ağdərə və 4 kəndinə KÖÇ OLACAQ

Ağdərə rayonunun Aşağı Oratağ, Çapar, Heyvalı və Çıldıran kəndlərinə yanvarın 9-u ilk köç olacaq.

Modern.az xÉ™bÉ™r verir ki, AÄŸdÉ™rÉ™ rayonun 4 yaÅŸayış mÉ™ntÉ™qÉ™sinÉ™ 337 nÉ™fÉ™rdÉ™n ibarÉ™t 89 ailÉ™ köçürülÉ™cÉ™k.

Belə ki, Aşağı Oratağ kəndinə, 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə, 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə, 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə, 48 nəfərdən ibarət 13 ailə köçürüləcək.

Ailələr yaşadıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və aidiyyəti RİH-lərin nümayəndələri tərəfindən yola salınacaq, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq. (Mənbə: APA)

Chosen
41
7
modern.az

9Sources