ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.
Â
"Report" xəbər verir ki, bu barədə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.
Â
Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.
Â
Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.
Â
Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir.