Ajans.az İran KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları etirazlar zamanı vətəndaşlarla qarşıdurmadan yayınmalı, vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməlidirlər. İranın icra işləri üzrə vitse-prezidenti Məhəmməd Cəfər Qaempenah isə qeyd edib ki, silah və ya bıçaq daşıyan şəxslər, eləcə də hərbi və təhlükəsizlik obyektlərinə hücum edənlər iğtişaşçı hesab olunur. Bununla yanaşı, o vurğulayıb ki, təhlükəsizlik qüvvələrinin əsas vəzifəsi dialoqu təmin etmək, dinc ünsiyyət qurmaq və xalqın tələblərini dinləməkdir. Rəsmilərin bu açıqlamaları ölkədə davam edən etirazlar fonunda gərginliyin azaldılmasına yönəlmiş çağırış kimi qiymətləndirilir.