EN

"Park cinema"da ilk dəfə “2x” qala gecəsi: “Səkkiz” – FOTOLAR

Ötən gün “Park cinema”nın “Flame Towers” filialında Azərbaycan kinematoqrafiyasına yenilik gətirən psixoloji çoxseriyalı bədii triller filmi olan "Səkkiz"in ikinci hissəsinin qala gecəsi baş tutdu.

"Cebheinfo.az" xəbər verir ki, qala gecəsində incəsənət xadimləri, rejissorlar, aktyorlar, tanınmış blogerlər, model və inflyuenserlər, eləcə də digər mədəniyyət sahəsi üzrə tanınmış yaradıcı şəxslər iştirak etmişdir.

Tamaşaçılar 2-ci hissənin daha həyəcanlı və cəlbedici olduğunu qeyd etdilər.

Xatırladaq ki, 26.12.2025 tarixində "Səkkiz" çoxseriyalı bədii filminin Park Cinemada ilk hissənin qala gecəsi tamaşaçılar və qonaqlar tərəfindən böyük həyəcan və maraqla qarşılanmışdı. 4 ədəd iri zal, ümumilikdə 500-dən artıq qonaq və tamaşaçı bir gecədə onu yaradıcılarla izləmək şansını əldə etmişdilər.

Chosen
87
3
cebheinfo.az

4Sources