2025-ci ilin yanvar-dekabr aylarının yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin həyata keçirdiyi əməliyyatların sayına görə artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi şirkətlərin bağladığı əqdlərin sayında kəskin artım qeydə alınıb.
Renkinqə "Troni İnvestisiya Şirkəti" QSC başçılıq edir. Şirkətin əməliyyatlarının sayı ötən il cəmi 84 olduğu halda, bu il 7 104-ə yüksəlib. Nəticədə 84,6 dəfə və ya 7 020 əqd artım qeydə alınıb.
İkinci yerdə "Capital Partners İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Bu şirkətdə əqd sayı 544-dən 1 577-yə çatıb. Artım 2,9 dəfə və ya 1 033 əqd təşkil edib.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC üçüncü sırada yer alıb. Şirkətin əməliyyat sayı 132-dən 275-ə yüksəlib ki, bu da 2,1 dəfə və ya 143 əqd artım deməkdir.
Siyahıda növbəti yeri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC tutur. Şirkət üzrə əməliyyatların sayı 6 966-dan 8 722-yə qalxıb. Burada 25% və ya 1 756 əqd artım müşahidə olunub.