EN

Rusiya MN: 59 Ukrayna PUA-sı vurulub

BAKI, 10 yanvar. TELEQRAF

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən gecə Ukraynaya məxsus 59 ədəd PUA məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lardan 11-i Qara dəniz üzərində, 10-u Krasnodar, 8-i Bryansk, 6-sı Lipetsk, 4-ü Kaluga, 4-ü Azov dənizi üzərində, 4-ü Adıgey Respublikası üzərində, 4-ü Krım, 3-ü Moskva, o cümlədən biri Moskva istiqamətində, 2-si Belqorod, 1-i Voronej, 1-i Smolensk və 1-i Tula vilayətində vurulub.

Chosen
116
1
teleqraf.com

2Sources