EN

Sabunçuda evdən oğurluq edən 38 yaşlı keçmiş məhkum tutuldu

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi sakinlərindən biri evindən oğurluq edilməsi barədə polisə müraciət edib.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
80
4
moderator.az

10Sources