EN

Zaqatalada minik avtomobili aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB

Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



***
19:41

Zaqatalada minik avtomobili aşıb, ölən var.


APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, Qaxdan Zaqatala şəhəri istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Bərdə rayon sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna daxil olan an ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
71
50
apa.az

10Sources