EN

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Roma Papası XIV Leo İranda və Suriyada baş verən son hadisələr fonunda dialoqun genişləndirilməsinə, həmçinin Ukraynada sülhə nail olmaq üçün səylərin artırılmasına çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Papa Müqəddəs Pyotr meydanına baxan iş otağının pəncərəsindən ənənəvi bazar günü duası zamanı möminlərə müraciət edib.

“MÉ™n bütün cÉ™miyyÉ™tin ümumi rifahı naminÉ™ dialoqun vÉ™ sülhün böyük sÉ™bir vÉ™ dözümlÉ™ inkiÅŸaf etdirilmÉ™si üçün dua edirÉ™m”, – deyÉ™ o bildirib.
 

Ukraynadakı vəziyyətə toxunan Papa ölkənin enerji infrastrukturuna edilən kütləvi hücumlara diqqət çəkib və bu hücumların sərt qış soyuqlarının ən şiddətli dövründə baş verdiyini vurğulayıb.


Onun sözlərinə görə, bu, mülki əhali üçün qaranlıq və şaxta şəraitində yaşamaq uğrunda mübarizə deməkdir. XIV Leo zorakılığın dərhal dayandırılması və ədalətli sülhə nail olmaq üçün bütün səylərin göstərilməsi ilə bağlı çağırışını yenidən təkrarlayıb.

Bizim.Media

Chosen
41
13
bizim.media

10Sources