Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) ötən həftə ərzində ölkə üzrə 213 yanğın hadisəsinə, 27 köməksiz vəziyyətdə qalma halına, 5 yol-nəqliyyat qəzasına və 1 partlayış faktına görə qəza-xilasetmə əməliyyatları həyata keçirildiyini bildirib.
Nazirliyin mÉ™lumatına görÉ™, “112” qaynar xÉ™ttinÉ™ daxil olan zÉ™nglÉ™r É™sasında aidiyyÉ™ti qurumlar tÉ™rÉ™findÉ™n görülÉ™n tÉ™cili vÉ™ tÉ™xirÉ™salınmaz tÉ™dbirlÉ™r nÉ™ticÉ™sindÉ™ yanğınlar operativ söndürülüb, insanların hÉ™yatının xilas edilmÉ™si tÉ™min olunub.
Rəsmi statistikaya əsasən, bir həftə ərzində FHN qüvvələri tərəfindən 14-ü azyaşlı olmaqla 37 nəfər xilas edilib, 10-u azyaşlı olmaqla 25 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Hadisələr zamanı 2 nəfər xəsarət alıb, 7 nəfər tüstüdən zəhərlənib.
Məlumata görə, qeydə alınan fövqəladə hadisələr nəticəsində ümumilikdə 8 nəfər ölüb.