Bakı. Trend:
5 yanvar 2026-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev vəQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev milli mediaya genişmüsahibələr verərək, ötən ilə yekun vurmuş və ölkələrinin gələcəkinkişafı üçün əsas mərhələləri müəyyən ediblər. İki dövlətinliderləri mövcud vəziyyətin qiymətləndirilməsində, regionalproseslərə baxışlarında və uzunmüddətli strategiyanınformalaşdırılmasında oxşar mövqelər nümayiş etdirirlər.
Regional qarşılıqlı əlaqələrin transformasiyasından danışanPrezident İlham Əliyev Cənubi Qafqazdan Orta Asiyaya qədər uzanangeniş regionun yeni inkişaf modelinə doğru böyük bir transformasiyakeçdiyini vurğulayıb.
"Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bugün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün böyük əhəmiyyətdaşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çoxaparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada MərkəziAsiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganəetibarlı ölkə Azərbaycandır", - deyə dövlət başçısı bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev həmçinin, 2025-ci ilinAzərbaycanla Ermənistan arasında uzun illər davam etmiş münaqişəninsiyasi müstəvidə başa çatması baxımından dönüş nöqtəsi kimiqiymətləndirildiyini vurğulayıb. Dövlət başçısının sözlərinə görə,ölkə keyfiyyətcə yeni bir reallığa qədəm qoyub və bunu sülh vəquruculuq dövrü adlandırıb. Dövlət başçısı ayrıca qeyd etdi ki,sülh şəraitində yaşanan ilk ayların özündə belə artıq praktikinəticələr müşahidə olunur - cəmiyyətdə müsbət əhval-ruhiyyəformalaşıb və iqtisadi imkanlar genişlənib. Ölkə başçısınınqiymətləndirdiyi kimi, bu amillər gələcək inkişaf üçün dayanıqlıəsas yaradır və Azərbaycanın uzunmüddətli vəzifələrin həllinədiqqət yetirməsinə imkan verir.
Qazaxıstan Prezidenti müsahibəsində də oxşar mülahizənitəkrarlamışdır. Kasım-Jomart Tokayev 2025-ci ili əhəmiyyətlisosial-iqtisadi nailiyyətlər dövrü kimi qiymətləndirərək rekordiqtisadi artımı, ÜDM-in artımını və adambaşına düşən gəlirinartmasını qeyd etmişdir. Bununla belə, o, bu nəticələrin arxayınlıqüçün bir səbəb olmamalı olduğunu vurğulayaraq, inflyasiya ilə bağlırisklər və iqtisadi modelin dayanıqlığının gücləndirilməsi zərurətidə daxil olmaqla, davam edən risklərə işarə etmişdir.
Qazaxıstan Prezidentinin çıxışının əsas mövzusu daxilitransformasiyaların dönməzliyi olmuşdur. O, açıq şəkildəbildirmişdir ki, ilin əsas nəticəsi dövlətin və iqtisadiyyatınmodernləşdirilməsinə yönəlmiş genişmiqyaslı islahatlara ehtiyacınictimaiyyət tərəfindən daha da yaxşı başa düşülməsidir. Yeni vergiməcəlləsinin qəbul edilməsi, enerji və kommunal xidmətlərsektorlarının modernləşdirilməsi üzrə milli layihənin başlanması vəinstitusional islahatların davam etdirilməsi ölkənin alternativiolmayan vahid strategiyanın elementləri kimi təqdim edilmişdir.
Bu kontekstdə iki liderin yanaşmaları açıq oxşarlıqlar nümayişetdirir. Həm Bakı, həm də Astana islahatlara vəziyyətlə bağlısiyasi qərarlar kimi deyil, regional və qlobal mühitdəkidəyişikliklərin diktə etdiyi obyektiv zərurət kimi baxır. Söhbətadaptiv inkişaf modelindən daha davamlı və strukturlaşdırılmışstrategiyaya keçiddən gedir.
Hər iki müsahibədə regionun nəqliyyat və logistika əlaqəsimövzusu əsas yer tutmuşdur. Prezident İlham Əliyev Azərbaycanımövcud geosiyasi kontekstdə Mərkəzi Asiyanı Qərblə etibarlı şəkildəbirləşdirə bilən əsas coğrafi halqa qeyd edib. Prezident İlhamƏliyev ölkə ərazisindən tranzit daşımaların artdığını, o cümlədən100 mindən artıq konteynerin keçdiyini qeyd edərək, bu göstəricinindaha genişmiqyaslı proseslərin yalnız başlanğıcı olduğunu diqqətəçatdırıb.
Xüsusi diqqət Orta Dəhlizin inkişafına və onun Zəngəzur dəhlizihesabına gücləndirilməsi perspektivlərinə yönəldilmişdir. Bu dəhliztəkcə daxili əlaqəliliyin vasitəsi kimi deyil, həm də beynəlxalqnəqliyyat marşrutu kimi nəzərdən keçirilir. Azərbaycan Prezidentiİlham Əliyevin sözlərinə görə, Çin və Mərkəzi Asiya ölkələrindəngələn yüklər bu marşrutdan getdikcə daha fəal istifadə edəcək və buda onun Avrasiya nəqliyyat sistemində əhəmiyyətiniartıracaqdır.
Kasım-Jomart Tokayev isə öz növbəsində Qazaxıstanıntranzit-logistika potensialının strateji əhəmiyyətini vurğulayaraq,bağlılığın ölkənin iqtisadi inkişafında əsas element olduğunu qeydetmişdir. “Dostık–Moyıntı” yeni dəmir yolu magistralının istismaraverilməsi Çin ilə Avropa arasındakı marşrutun buraxılışqabiliyyətini dəfələrlə artıracaq addım kimi təqdim olunmuşdur.Prezident həmçinin limanların, hava limanlarının, dəmir yoluqovşaqlarının modernləşdirilməsini və rəqəmsal ekosistemininkişafını əhatə edən kompleks yanaşmanın vacibliyini qeydetmişdir.
Hər iki halda nəqliyyat ayrıca sahə kimi deyil, iqtisadiyyatınmüxtəlif sektorlarının, investisiyaların və texnologiyalarınmaraqlarının kəsişmə nöqtəsi kimi dəyərləndirilir ki, bu da müasirinkişafda bağlılığın roluna dair oxşar anlayışı əks etdirir.
Energetika mövzusu iki liderin yanaşmalarında üst-üstə düşəndigər istiqamət olmuşdur. Prezident İlham Əliyev müsahibəsindədünya iqtisadiyyatında bərpa olunmayan yanacağın roluna realistbaxışın vacibliyini birbaşa ifadə edərək, bu reallığın nəzərəalınmamasının dayanıqlı inkişafın maraqlarına uyğun olmadığınıvurğulamışdır. Eyni zamanda, o, bərpa olunan enerji mənbələriningenişmiqyaslı inkişafı və ölkənin enerji infrastrukturununmodernləşdirilməsi üzrə konkret planları açıqlayıb.
Kasım-Jomart Tokayev də oxşar çağırışlardan bəhs edərək,Qazaxıstanın enerji və kommunal sisteminin yenilənməsi zərurətinədiqqət çəkmişdir. O qeyd edib ki, etibarlı enerji istehsalı olmadanməlumat mərkəzlərinə, yüksək məhsuldarlı hesablama sistemlərinə vəavtomatlaşdırılmış istehsallara əsaslanan yeni texnoloji iqtisadimodelə keçid mümkün deyil. Bu kontekstdə atom elektrikstansiyalarının tikintisi uran hasilatında dünya lideri olan ölkəüçün rasional və artıq gecikmiş addım kimi təqdim olunmuşdur.
Energetika sahəsində hər iki lider praqmatik və suveren yanaşmanümayiş etdirir; burada alətlərin seçimi - karbohidrogenlərdənbərpa olunan enerji və nüvə energetikasınadək - ideolojimülahizələrlə deyil, inkişafın praktik və uzunmüddətli dayanıqlığıntəmin edilməsi məqsədləri ilə müəyyən olunur.
Azərbaycan və Qazaxıstan öz vəzifə və imkanlarını anlamaqla yeniinkişaf mərhələsinə daxil olurlar. Bakı və Astana üçün əsasistiqamətlər sabitlik, proqnozlaşdırıla bilmə və uzunmüddətliplanlaşdırmadır. Mürəkkəb tarixi mərhələlərin başa çatdırılması,struktur islahatlarının həyata keçirilməsi, nəqliyyat dəhlizlərinininkişafı və enerji bazasının möhkəmləndirilməsi ayrı-ayrı addımlarkimi deyil, vahid strategiyanın tərkib hissələri kimi nəzərdənkeçirilir. Bu mənada Prezident İlham Əliyevin və Kasım-JomartTokayevin yanaşmaları əldə edilmiş sabitliyi dayanıqlı inkişafaçevirmək və ölkələrinin regiondakı rolunu gücləndirməkistiqamətində oxşar məqsədi əks etdirir.