EN

Kaya Kallas Tehranı hədələyib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az bildirir ki, “Politico” nəşrinin məlumatına görə, belə bəyanat verən Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas insan haqlarını pozması, nüvə proqramını inkişaf etdirməsi və Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsi ittihamları əsasında İranın artıq sanksiyalar altında olduğunu xatırladıb. “Mən rejimin etirazçıları qəddarcasına sıxışdırmasına cavab olaraq əlavə sanksiyalar təklif etməyə hazıram. Bu rejimin “etirazları yatırmaq təcrübəsi var” və Avropa təhlükəsizlik qüvvələrinin sərt cavabını görür. Vətəndaşlar seçdikləri gələcək üçün mübarizə aparır və onların eşidilməsi üçün hər şeyi riskə atırlar”, - Kallas deyib.

Yük maşını İrandakı etirazçılara dəstək mitinqini taran edib | VİDEO

Avropa diplomatiyası rəhbərinin şərhi Aİ rəsmisinin İranda etirazların yatırılmasına indiyədək verdiyi ən qəti şərh olub. Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen daha əvvəl Brüsselin vəziyyətə “nəzarət etdiyini” bildirmişdi. Avropa Parlamentinin (AP) sədri Roberta Metsola isə “X” sosial şəbəkəsində etdiyi paylaşımda “Avropa öz vəzifəsini və hərəkətə keçmə borcunu tanımalıdır” ifadəsini yazmışdı. Xatırladaq ki, yanvarın 11-də Los-Ancelesdə sürücü idarə etdiyi yük maşınını iranlı etirazçılara dəstək nümayişi keçirən nümayişçilərin üzərinə sürüb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
114
azvision.az

1Sources