EN

Yenilik bəzi şəxsləri işindən edəcək Tətbiqi zəruridir

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Artıq beynəlxalq şirkətlə iş müsahibəsinin ilkin mərhələsini süni intellekt (Aİ) aparır. Sosial şəbəkələrdə istifadəçilərdən biri bu prosesdən keçdiyini bildirib. Onun sözlərinə görə, klassik işə qəbul suallarını və iş şərtlərini bot səsləndirir, namizəd cavabları qısa şəkildə yazır, sonda isə öz istəklərini video formatında göndərir.

Maraqlıdır, bu hal Azərbaycanda da gözlənilirmi? 

İT ekspert Elvin Abbasov Ölkə.az-a bildirib ki, süni intellektin işə qəbul prosesini idarə etməsi artıq qlobal trenddən zərurətə çevrilir və bu təcrübənin Azərbaycandakı iri şirkətlər, xüsusilə bank, telekommunikasiya və böyük holdinqlər tərəfindən tətbiqi də qaçılmazdır:

"Minlərlə müraciətin daxil olduğu vakansiyalarda ilkin filtrləməni botlara həvalə etmək şirkətlər üçün həm zaman, həm də maliyyə qənaəti deməkdir. Süni intellekt sistemləri namizədin yalnız cavablarını deyil, video müraciət zamanı onun səs tonunu, söz ehtiyatını və stressə davamlılığını saniyələr ərzində analiz edərək obyektiv uyğunluq balı çıxarır. Bu, insan resursları ştatının tamamilə yox olması deyil, rutin və mexaniki işlərin robota keçməsi, mütəxəssislərin isə daha strateji və emosional zəka tələb edən qərarlara fokuslanması ilə nəticələnəcək.

Süni intellektin bu sahədəki rolu iş yerlərini vurmaqdan ziyadə, onların funksional strukturunu köklü şəkildə dəyişir. Artıq klassik işə qəbul mütəxəssisi vəzifəsi daha çox data analitiki və texnologiya meneceri profilinə çevrilir. Namizədlər üçün isə bu, yeni bir rəqabət dövrünün başlanğıcıdır; onlar artıq həm insanla, həm də alqoritmlərlə dil tapmağı, videomüsahibələrdə süni intellektin diqqət yetirdiyi açar sözlərdən və emosional çalarlardan düzgün istifadə etməyi öyrənməlidirlər. Beləliklə, texnologiya sahədəki aşağı ixtisaslı rutin işləri sıradan çıxarsa da, yüksək ixtisaslı və texnoloji bacarıqları olan kadrlar üçün yeni imkanlar açır".

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
1
olke.az

2Sources