EN

ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilməyəcək



ABŞ-ın İrana qarşı güc tətbiqi Vaşinqton üçün uğursuzluğa səbəb ola bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib. O bildirib ki, ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilməyəcək.

Kosaçevin sözlərinə görə, Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi ehtimalı azdır. Baxmayaraq ki, bu ölkə ABŞ prezidenti Donald Trampın gündəliyindəki əsas məsələlərdən biridir:

“Tehran hakimiyyəti vəziyyəti nəzarətdə saxlayır və etirazçıların hərəkətləri İranın müxtəlif şəhərlərində güclü hökumətyönlü nümayişlərlə qarşılanıb. Mövcud şəraitdə xarici hərbi müdaxilə yalnız milli birliyi gücləndirəcək. Venesueladakı kimi xüsusi əməliyyat burada əlbəttə ki, nəticə verməyəcək və kütləvi işğal ABŞ üçün Əfqanıstandan daha böyük uğursuzluq olardı”.

Anar
Chosen
109
newscenter.az

1Sources