EN

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

İspaniya La Liqasının 19-cu turunun “Sevilya” və “Selta” arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar “Ramon Sançes Pisxuan” stadionunda (Sevilya) oynayıblar. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Selta”nın müdafiəçisi Markos Alonso matçın yeganə qolunu penaltidən 88-ci dəqiqədə vurub.

19 La Liqa oyunundan sonra “Sevilya”nın 20 xalı var və turnir cədvəlində 14-cü yerdədir. “Selta”nın 29 xalı var və yeddinci yerdədir.

Növbəti turda “Sevilya” 19 yanvarda səfərdə “Elçe” ilə, “Selta” isə bir gün əvvəl evdə “Rayo Valyekano” ilə qarşılaşacaq.

İdman.Biz
Chosen
27
1
idman.biz

2Sources