Bakı. Trend:
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindənAşqabadda “Azəbaycan milli mətbəxi və musiqisi” adlı tədbirkeçirilib.
Bu barədə Trend-ə AzərbaycanRespublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.
Tədbirdə çıxış edən səfir Qismət Gözəlov Azərbaycan millimətbəxi və musiqisi, eləcə də Azərbaycan-Türkmənistanmünasibətlərinə dair qonaqlara məlumat verib və tədbiriştirakçılarını Yeni İl münasibətilə təbrik edib. 2023-cü ilinAzərbaycan üçün uğurlu olduğunu vurğulayan səfir Qismət Gözəlov bugün üçrəngli bayrağımızın müstəqil Azərbaycanın bütün suverenərazilərində əzəmətlə dalğalandığını qeyd edib.
Tədbirdə Türkmənistan XİN-nin Protokol İdarəsinin rəisiNurmuhammet Berdiyev, Türkmənistanda akkreditə olunmuş ABŞ,Türkiyə, Rusiya, Pakistan, Yaponiya başda olmaqla xarici diplomatikmissiyaların rəhbərləri və nümayəndələri, eləcə də ictimaiyyəttəmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirakedib.
Tədbirdə iştirak edən səfirlər çıxış edərək, təbrikləriniçatdırmış, ölkəmizə və Azərbaycan xalqına xoşbəxtlik, rifah vətərəqqi arzulayıb.
Ziyafətdə milli mətbəximizin ləziz yemək və şirniyyatları təqdimolunmuşdur. Azərbaycan milli musiqi nümunələri səsləndirilib.
Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti,xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, millimusiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan” brendininməhsulları nümayiş etdirilmiş və qonaqlara təqdim olunub.