Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA Optima" və “TOYOTA Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.
Yanğın nəticəsində "TOYOTA Prius" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.