Azərbaycan Yazıçılar Birliyində (AYB) təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər. AYB-yə üzvlük haqqı illik 15 manatdır.
Qeyd edək ki, bir neçə gün əvvəl AYB-yə illik üzvlük haqqı ödəməyənlər barədə mətbuatda məlumat yer alıb.
AYB sədri, Xalq Yazıçısı Anar bugünlərdə mətbuata “Yazıçılar Birliyinin 3 000 üzvü var. Onlardan 2 500 nəfəri üzvlük haqqını vermir. İl ərzində 15 manat nədir ki, onu da ödəmirlər? Əgər bizə dövlət tərəfindən maliyyə yardımı olmasa, üzvlük haqqı ilə dolanmaq mümkün deyil. 500 adamın ildə 15 manatı ilə dolanmaq olar?"-deyə bildirib.
(AYB) Mətbuat xidmətinin rəhbəri Xəyal Rza “Elə adam var ki, 1990-cı illərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olub, lakin indiyə qədər heç bir ödəniş etməyib. Lakin biz 2020-ci ildə iclas keçirərək bütün borcları sıfırladıq”-deyə bildirib.
AYB sözçüsü deyib ki, üzvlük haqqından azad olunanlar da var, bunlar qazilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarıdır.
Onun sözlərinə görə, ümumiyyətlə bu günə qədər üzvlük haqqını ödəmədiyinə görə AYB-dən xaric olunanlar yoxdur.
Onu da vurğulayaq ki, AYB-nin bir qrup üzvünün üzvlük haqqı ödəməməsi məsələsi geniş ajeotaj yaradıb və müzakirələrə səbəb olub. Eyni zamanda məlum olub ki, AYB-yə illərdir üzvülük haqqı ödəməyənlər arasında illərdir həyatda olmayanlar da var. Məsələn, AYB üzvlük haqqını ödəməyən yazıçı və şairlərin siyahısına 6 il əvvəl vəfat etmiş mərhum şair Amil Aveyin də adını salıb. Mətbuata görə, o, 2020-ci il noyabrın 23-də yaşadığı Almaniyada vəfat edib. AYB-nin siyahısında Amil Avey də borcli kimi göstərilib.
Mətbuatda AYB-nin üzvlük haqqı ödəməyən üzvlərinin (58 nəfər) bir hissəsinin siyahısı yayılıb:
Abbas Qədir oğlu Seyidov
Abdulla Suvar (Suvar İnayət oğlu İbadov)
Abdulla Şahmir (Abdulla Abdulhəmid oğlu Şahmirov)
Abdulla Həmid oğlu Cəfərov
Abduləziz Xanəhmədoğlu (Abduləziz Xanəhməd oğlu Hüseynov)
Abil İslam (Abil Yolçu oğlu İslamov)
Adil Rəhimli (Adil Yaqub oğlu Rəhimov)
Adıgözəl Vəlibinəli (Adıgözəl Ərzuman oğlu İbrahimov)
Adil Cəfəkəş (Adil Ziyadxan oğlu Quliyev)
Adəm Alışarlı Nədim oğlu
Ağa Ramazan (Ağaəli Məmməd oğlu Ramazanov)
Ağarəhim Rəhimov (Ağarəhim Nüsrət oğlu Rəhimov)
Ağasəlim Əmri (Ağasəlim Namiq oğlu Cəfərov)
Afaq İsa qızı Əsədova
Afaq Əbdül qızı Qəmbərova
Afət Əliyulla qızı Sadıqova
Afiq Muxtaroğlu (Afiq Muxtar oğlu Əliyev)
Akif Bəkir oğlu Xansultanov
Akif Vəli oğlu Kərimli
Aleksey Alekseyeviç Saprikin
Altay Yavər (Altay Yavər oğlu Səfərov)
Amil Avey (Alim Yusif oğlu Məmmədov)
Aleksandr İvanoviç Rodionov
Alı Abdulla oğlu Əliyev
Alxan Yekəəhmədli (Əlixan Məmməd oğlu Ömərov)
Alim Gövhərli (Alim Əliqulu oğlu Musalı)
Almaz Hacımirzə qızı Xanlarova
Anar Amin (Anar Abdulla oğlu Quliyev)
Anar Tofiq oğlu Məmmədov
Arif Səməd oğlu Məmmədov
Arif Mikayıloğlu (Arif Mikayıl oğlu Aslanov)
Arif Ərşad oğlu Quliyev
Arzu Ramiz qızı Dadaşova
Asif Abbas oğlu Hacıyev
Aslan Kənan (Aslan Murtuz oğlu Qasımlı)
Aslan Həsənli (Aslan Rəcəb oğlu Əsədov)
Asəf Baxşəli oğlu Novruzov
Aşiq (Ruşan Ələmşa oğlu Ruşanzadə)
Avtandil Ağbaba (Avtandil İsrafil oğlu Məmmədov)
Aybəniz Kəmalə (Aybəniz Məmməd qızı Əzizova)
Aybəniz Qafarlı (Aybəniz Baxşəli qızı Qafarova)
Aynur (Aynur İmran qızı Turabova)
Aydın (Surxay oğlu Əsədov)
Aydın Uluxanlı (Aydın Cabbar oğlu Uluxanlı)
Aydın Rəhman oğlu Ağazadə
Aydın Əşrəf oğlu Həsənov
Aydın Məmmədoğlu
Aygün Sinabəddin qızı Güləliyeva
Aygün Fədayət qızı Sultanlı
Ayxan Kiçikbəy (Ayxan Eyvaz oğlu Həsənov)
Aytən Aqşinqızı (Aytən Aşqin qızı Babayeva)
Ayten Aydın qızı Qurbanova
Azad Arvanaxanlı (Azad Asməli oğlu Əliyev)
Ayətxan Ziyad (Ayətxan Ziyatxan oğlu İsgəndərov)
Azad Vəli oğlu Vəliyev
Azər Əzizxan oğlu Musayev
Azər Adil oğlu Əliyev
Azər Rəşidoğlu (Azər Rəşid oğlu Xanlarov)
İradə SARIYEVA