Metbuat.az xəbər verir ki, bu iddia ilə İspanya mediası çıxış edib. Xarici KİV-in yazdığına görə, sarı-qırmızılı klubun təmsilçiləri Fabian üçün PSJ rəhbərliyi ilə danışiqlara baslayıb.Qeyd edək ki, 30 yaşlı Fabian Ruzi PSJ-nin əsas oyunçularından biri sayılır. Futbolçunun Türkiyə təmsilçisinin təklifinə bir o qədərdə isti yanaşmadığı deyilir.
Bu gün yayılan məlumata görə, "Fənərbaxça" məğlubiyyətindən sonra sarı-qırmızılı klub Fabian üçün qolları çırmalayib. "Qalatasaray" rəhbərliyi yarımmüdafiəçini razı salmaq üçün kisənin ağzını açmağa hazır olduğunu bəyan edib.