EN

NATO Türkiyədən təcili olaraq Baltik bölgəsinə F 16 ların yerləşdirməsini istəyib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NATO Türkiyədən planlaşdırılan rotasiyadan bir neçə ay əvvəl, 2026-cı ildə alyansın Baltik hava polisi missiyasına "F-16" qırıcı təyyarələrini yerləşdirməsini istəyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat verib.

Tələb, 2026-cı ilin avqustundan dekabrına qədər Estoniyada dörd aylıq missiya ilə bağlıdır. Tələb, Rusiyanın alyansın hava məkanını pozması hallarından sonra NATO-nun hava müdafiəsinin gücləndirilməsi ilə əlasədar irəli sürülüb. Mənbələrin verdiyi məlumata görə, Ankara əvvəllər oxşar missiya üçün təyyarələrini 2026-cı ilin dekabrından 2027-ci ilin martına qədər Rumıniyaya yerləşdirməyi planlaşdırırdı.

Türkiyə hələ NATO-nun tələbi ilə bağlı qərar verməyib. Mənbələr qeyd edir ki, türk qırıcı təyyarələri sonuncu dəfə Baltik hava polisi fəaliyyətində 2025-ci ilin əvvəlində iştirak edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
82
bizimyol.info

1Sources