EN

İranda tanınmış iş adamı etiraz aksiyalarına görə həbs edilib

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda tanınmış iş adamı Məhəmməd Saediniya həbs edilib.

AzPost bildirir ki, bu barədə İran üzrə araşdırmaçı -jurnalist Əziz Rzazadə məlumat verib. İş adamı Qum əyalətində “Sohan” (ənənəvi İran halvası) gildiyasının tanınmış fəalıdır. Məhəmməd Saediniya habelə Qumda və ölkənin bir sıra şəhərində məşhur kafe şəbəkəsinin sahibidir.

Saediniya iğtişaşlara təhrik etmək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Onun həbsindən əlavə sahib olduğu bütün biznes obyektləri bağlanıb və lisenziyaları ləğv edilib.

İş adamına qarşı Konstitusiyanın 49-cu maddəsinə uyğun olaraq, əmlakının araşdırılması ilə bağlı qanuni tədbirlər görülüb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
95
azpost.info

1Sources