EN

Mahir Emreli “Hannover”lə matça hazırdır

Almaniya mətbuatı “Kayzerslautern”in zədəli oyunçularının vəziyyəti barədə yazıb.

Msport.az xəbər verir ki, “Kayzerslautern” II Bundesliqada XVIII turunda “Hannover”ə qarşı matçında Emrelinin xidmətindən istifadə edəcəyi bildirilib:

“Qış fasiləsi qısa olsa da, “Kayzerslautern”in heyətində bəzi dəyişikliklər olub: zədə səbəbindən qısa müddətə kənarda qalan üç oyunçu – Kenni Redondo, Simon Asta və İvan Prtain məşqlərə qayıdıblar. Mahir Emrelinin də bu həftə kollektivlə məşqlərə qayıtması gözlənilir. “Hannover”lə oyunöncəsi heyətdə olacağı ehtimal edilir. Lakin onlardan hansısa birinin bazar günü keçiriləcək matçda oynaya biləcəyi hələlik məlum deyil. Ən çox ehtimal olunan Redondodur. O, mövsümöncəsi yoldaşlıq oyununda (3:1) “Sürix”ə qarşı 45 dəqiqə oynamışdı”.

Qeyd edək ki, yanvarın əvvəlində Azərbaycan millisinin hücumçusu fərdi məşqlərə başlayıb.

Chosen
22
2
msport.az

3Sources