EN

Bu il ən çox onları dinləndilər...

ain.az, Olay.az saytına istinadən bildirir.

2025-ci ildə “Spotify”ın Azərbaycan seqmentində ən çox dinlənilən sənətçilər müəyyənləşib.

OLAY yazır ki, bu barədə “25 Trend” məlumat yayıb. Siyahıya əsasən ən çox dinlənilən müğənnilər sırasında birinci yerin sahibi Xalq artisti Röya Ayxan olub.

Onun ardınca meyxanaçı Üzeyir Mehdizadə, ondan sonra Xalq artisti Aygün Kazımova gəlib.

Dördüncü yerin sahibi Miro, 5-də Orxan Zeynallı, 6-da Çinarə Məlikzadə, 7-də Payam Türk, 8-də Xalq artisti Miri Yusif, 9-da mərhum Xalq artisti Sara Qədimova, 10-da isə Avroviziya təmsilçimiz Samirə Əfəndi olub.

11-ci yerdə İslam Şirvani, 12-də Kənan Bayramlı, 13-də Xpert, 14-də Nur Cəfərli, 15-də Paster, 16-da Okaber, 17-də Xalq artisti Eyyub Yaqubov, 18-də Xalq artisti Elmira Rəhimova, 19-da Kazım Can və 20-də Xalq artisti Faiq Ağayev yer alıb.

Rep janrında isə Orxan Zeynallı zirvədə yer alıb, ilk onluqda Payam Türk, Xpert, Paster, Okaber, Noton, Saybu, Yap10, Elşad Xose və Aslixan qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
92
olay.az

1Sources