Bakı. Trend:
ABŞ Müharibə Nazirliyi (Pentaqon) müdafiə sektorunda süniintellektin inkişafı və tətbiqi üzrə yeni strategiyaya startverdiyini elan edib.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, müharibə naziri Pit Heqset bildirib ki, ABŞ süniintellektin imkanlarından geniş şəkildə istifadə etməyiplanlaşdırır və bu istiqamətdə həm hesablama gücünə, həm də məlumatmərkəzlərindən döyüş sahəsinə qədər olan bütün səviyyələrə böyüksərmayələr yatırılacaq.
“Biz yüz milyardlarla dollarlıq özəl kapitalı süni intellektininkişafı üçün səfərbər edəcəyik. Prezident Donald Trampın sərəncamıbizə hərbi ərazilərdə məlumat mərkəzləri qurmaq və buinfrastrukturun gücləndirilməsi üçün Energetika Nazirliyi ilə sıxəməkdaşlıq etmək imkanı verir”, - deyə Heqset bildirib.
Nazir onu da açıqlayıb ki, Kameron Stenli Pentaqonun Rəqəmsal vəSüni İntellekt üzrə növbəti rəhbəri təyin olunub.
Heqset əlavə edib ki, süni intellektin döyüş sahəsində sürətlitətbiqini əngəlləyən tənqidçilərin yaratdığı maneələrin aradanqaldırılması da bu sahədə irəliləyişin vacib hissəsidir.