EN

Ötən il 10 nəfər pedaqogika, 2 nəfər isə psixologiya üzrə fəlsəfə doktoru olub - ARTİ

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycan Respublikasının Təhsilİnstitutunda elmi kadr hazırlığı sahəsində mühüm nəticələr əldəolunub.

Trend xəbərverir ki, bu barədə ARTİ məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə institutun 12 nəfər doktorant vədissertantı fəlsəfə doktoru elmi dərəcəsini uğurla müdafiə edib.Müdafiə edənlərin 10 nəfəri pedaqogika, 2 nəfəri isə psixologiyaelm sahəsi üzrə olub.

Bu göstərici Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmipotensialının gücləndirilməsi, elmi-pedaqoji kadrların hazırlanmasıvə müasir elmi tədqiqatların təşkili istiqamətində apardığıməqsədyönlü fəaliyyətin mühüm nəticəsi kimi qiymətləndirilə bilər.Müdafiə olunan dissertasiya işləri aktual elmi problemlərə həsrolunmaqla yanaşı, təhsil və psixologiya sahəsində nəzəriyanaşmaların zənginləşdirilməsinə, eləcə də praktik tətbiqimkanlarının genişləndirilməsinə xidmət edir.

Müvafiq keçidə daxil olmaqla 2025-ci ildəmüdafiə etmiş doktorant və dissertantların siyahısı ilə tanış olabilərsiniz.

Chosen
162
az.trend.az

1Sources