EN

Premyer Liqada Mateus Mane yarışı: "Vulverhempton" qərarını verdi

"Vulverhempton"un 18 yaşlı yarımmüdafiəçisi Mateus Mane Premyer Liqa nəhənglərinin transfer siyahısını bəzəməyə davam edir.

Fanat.Az "TEAM talk" nəşrinə istinadən xəbər verir ki, hazırda İngiltərə çempionatında mübarizə aparan klubların yarısından çoxu gənc istedadın xidmətində maraqlıdır.

Bu klublar arasında "Liverpul" və "Mançester Yunayted" kimi nəhənglərin olması rəqabəti daha da qızışdırır. Artan böyük marağa baxmayaraq, "Vulverhempton" rəhbərliyi Maneni bu ay satmaq niyyətində olmadığını qəti şəkildə bəyan edib. Klub futbolçunun inkişafı üçün onun komandada qalmasının vacibliyini vurğulayır.

Gənc oyunçunun müqavilə şərtlərini yaxşılaşdırmaq və onu daha uzun müddət "Molineks"də saxlamaq üçün yeni planlar hazırlanır.

Kamil Xudiyev

Chosen
108
1
fanat.az

2Sources