EN

IATA: Noyabrda sərnişin aviadaşımalarına tələbat təxminən 6 % artıb

Ötən ilin noyabr ayında hava nəqliyyatı ilə sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 5,7 % və 5,5 % artıb.

Aznews.az xəbər verir ki, noyabrda yüklənmə əmsalı (PLF) 83,7 % (2024-cü ilin noyabr ayına nisbətən 0,3 faiz bəndi artıb) təşkil edib.

IATA-nın məlumatına görə, beynəlxalq sərnişin daşımalarına tələbat 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,7 %, daşıma həcmi 7,1 % artıb, PLF isə 84 %-ə (+0,4 faiz bəndi) çatıb.

Bundan əlavə, daxili aviadaşımalara tələbat illik 2,7 % artıb, daşıma həcmi 2,7 % artıb, PLF isə 83,2 % (dəyişməyib) təşkil edib.

"Yeni ildə əsas prioritet aviadaşıyıcıların ehtiyaclarını ödəmək üçün istehsal həcmini artırmaq olmalıdır", - IATA-nın baş direktoru Uilli Uolş qeyd edib.

2025-ci ilin noyabr ayında dünya üzrə sərnişindaşımaları bazarının strukturu aşağıdakı kimi bölünüb: Afrika - 2,2 %, Asiya-Sakit Okean regionu - 33,5 %, Avropa - 26,7 %, Latın Amerikası və Karib hövzəsi - 5,3 %, Yaxın Şərq - 9,4 %, Şimali Amerika - 22,9 %.

Chosen
112
aznews.az

1Sources