İngiltərənin "Liverpul" klubu hücum xəttini gələcəyin ulduzu hesab olunan Yan Diomande ilə gücləndirmək üçün genişmiqyaslı fəaliyyətə başlayıb.
Fanat.Az "TEAM talk" nəşrinə istinadən xəbər verir ki, "Leypsiq"in gənc ulduzu üçün Almaniya klubu təxminən 100 milyon avro təzminat tələb edir.
Klub daxilində aparılan müzakirələrdə forvardın Məhəmməd Salahın ideal uzunmüddətli xələfi olacağı vurğulanır. Futbolçu özü də verdiyi açıqlamalarda gələcəkdə "Enfild"də çıxış etmək arzusunu açıq şəkildə ifadə edib.
"Mançester Yunayted"in də maraq dairəsində olmasına baxmayaraq, Diomandenin məhz Mersisayd təmsilçisinə üstünlük verdiyi bildirilir.
Kamil Xudiyev