EN

Xəzərdə müharibə alovu: Neft tankeri dronlarla vuruldu

Xəzər dənizində enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğuran hadisə qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) terminalı yaxınlığında “Matilda” adlı neft tankeri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Məlumata görə, insident 13 yanvar 2026-cı ildə baş verib. Dron hücumu nəticəsində tankerdə partlayış olub, lakin yanğın qeydə alınmayıb. İlkin texniki baxış zamanı gəmidə ciddi konstruktiv zədələrin olmadığı, tankerın isə dənizdə hərəkət qabiliyyətini saxladığı bildirilir.

Ekipaj üzvlərinin xəsarət almadığı açıqlanıb. Tankerin 18 yanvar 2026-cı il tarixində Qazaxıstan nefti ilə yüklənməsi planlaşdırılırdı. Hadisədən sonra yükləmə prosesinin taleyi ilə bağlı əlavə qiymətləndirmə aparılır.

Rəsmi məlumata əsasən, hücum nəticəsində yaranmış zərərin dəqiq miqyası araşdırılır. Bəyanat KazMunayGas şirkətinin mətbuat xidməti tərəfindən yayılıb. Konsorsium terminalı isə Caspian Pipeline Consortium tərəfindən idarə olunur.

Hadisə Xəzər hövzəsində enerji marşrutlarının təhlükəsizliyi, eləcə də regionda geosiyasi risklərin artması ilə bağlı sualları yenidən gündəmə gətirib. /Musavat.com/

Chosen
62
nocomment.az

1Sources