EN

ABŞ-ın son 50 illik tarixində ilk - Tramp bunu da bacardı

Son 50 ildə ilk dəfə olaraq, ABŞ-ı tərk edənlərin sayı gələnlərdən çox olub.

"Ölkə.az" xəbər verir ki, Trampın ikinci prezidentlik müddətinin ilk ili ABŞ-ın immiqrasiya siyasətində kəskin dəyişikliklərə səbəb olub.

2025-ci ildə ABŞ-a gələnlərin sayı kəskin şəkildə azalıb və immiqrasiya ilə bağlı tədbirlər deportasiyaların və könüllü gedişlərin artmasına səbəb olub. Brookings İnstitutunun hesablamalarına görə, miqrasiyanın azalması işçi qüvvəsində, istehlak xərclərində və ÜDM-də artımı ləngidə bilər. Xalis miqrasiyanın 2026-cı ildə çox aşağı və ya mənfi qalacağı proqnozlaşdırılır.

Elvin

Ölkə.az

Chosen
64
1
olke.az

2Sources